Rusiyada yaşayış binasında partlayış olub

Bakı. Trend:

Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında
partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə şənbə günü “TASS”a Rusiya
Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Tymovskoe qəsəbəsi, Biblioteçnaya küçəsi, 6a ünvanında ilkin
versiyaya görə, beşmərtəbəli yaşayış binasında məişət qazının
partlaması baş verib və nəticədə beşinci mərtəbədən birinci
mərtəbəyə qədər bina çöküb. Dağıntılar altında 6 nəfərin qaldığı
ehtimal edilir”, – deyə FHN-dən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir