TAP vasitəsilə nəql olunan qazın həcmi açıqlanıb

Bakı. Trend:

Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsindən bu
günədək Yunanıstan, Bolqarıstan və İtaliyaya 18 milyard kubmetrdən
çox qaz nəql olunub.

Trend bu barədə
bu gün TAP AG konsorsiumuna istinadən məlumat verir.

“Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verə bilmək üçün
TAP-ın buraxılış gücü mərhələli şəkildə iki dəfə artırıla bilər”, –
konsorsiumdan bildiriblər.

Qeyd edək ki, Azərbaycan qazını Avropaya daşıyan TAP vasitəsilə
nəql 2020-ci il dekabrın 31-dən etibarən başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir