Türkiyə regional və qlobal sabitliyə töhfə verir – Altun

Bakı. Trend:

Türkiyə regional və qlobal sabitliyə mühüm töhfə verir.

Trend xəbər verir ki, bunu cümə günü Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin
Altun Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında
deyib.

“Türkiyənin sülh və sabitlik naminə göstərdiyi səylər
Rusiya-Ukrayna müharibəsində də öz bəhrəsini verir. Həm Rusiya, həm
də Ukrayna liderləri ilə görüşə bilən yeganə lider olan
prezidentimiz ilk gündən açıq dialoq, diplomatik yolla (Ukrayna
böhranının – red.) həlli və ədalətli sülh üçün çalışır. Türkiyə və
prezidentimizin etimadı sayəsində ölkəmizin ərazisində Rusiya ilə
Ukrayna arasında danışıqlara başlamaq mümkün oldu. Hələlik bu
proses kəsilmiş kimi görünsə də, biz danışıqlara qayıda
biləcəyimizə və davamlı sülhə nail olacağımıza inanırıq”, – deyə
F.Altun bildirib.

Onun sözlərinə görə, bu gün Türkiyə haqlı olaraq beynəlxalq
aləmdə “sabitləşdirici qüvvə” statusu qazanıb.

İstanbulda Rusiya Federasiyası, Ukrayna, BMT və Türkiyə arasında
bağlanmış “taxıl sazişi”nə toxunan F.Altun qeyd edib ki, Ankara
“qlobal ərzaq böhranının qarşısının alınmasında əsas rol
oynayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir