Türkiyə sahillərində 50-dən çox miqrant xilas edilib

Bakı. Trend:

Türkiyə Sahil Mühafizəsi Balıkəsir vilayətinin Ayvalık rayonu
sahillərində 51 qanunsuz miqrantı xilas edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsi
bildirib.

Məlumata əsasən, Yunanıstan hərbçiləri miqrantların olduğu
qayığı Egey dənizindəki Türkiyə ərazi sularına zorla
yönləndirib.

Miqrantlar kömək üçün siqnal verdilər və yardım üçün Türkiyənin
“TCSG-28” kateri gəlib.

Xilas olunanların hamısı xarici ölkə vətəndaşlarıdır. Onlara
tibbi yardım göstərilib, ərzaqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir