Türkiyənin “Anadolu” flaqmanının göyərtəsində ilk dəfə helikopterlər eniş edib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinə məxsus “AH-1W Super Cobra” və “SH-70
Sea Hawk” helikopterləri ilk dəfə Türkiyə Hərbi Dəniz Qüvvələrinin
flaqmanı olan “Anadolu” desant gəmisinin göyərtəsində eniş
edib.

Trend xəbər verir ki, bu barədə cümə günü Türkiyənin Milli
Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, helikopterlər cari ilin dekabrında istifadəyə
verilməsi planlaşdırılan “Anadolu”nun göyərtəsində döyüş
növbətçiliyində olacaq.

2016-cı il aprelin 17-dən İstanbul müdafiə gəmiqayırma zavodunda
Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqman gəmisinin tikintisi davam
etdirilir və sınaqlar son mərhələdədir.

Milli Müdafiə Nazirliyinin bugünkü məlumatına görə, “AH-1W Super
Cobra” və “SH-70 Sea Hawk” helikopterləri uğurla eniş edib və
gəminin göyərtəsindən havaya qalxıb.

TCG Anadolu gəmisinin uzunluğu 231 metr, eni isə 32 metrdir. Tam
təchiz edildikdə, onun çəkisi 27 436 ton olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir