Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək – XİN

Bakı. Trend:

Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da
gücləndirəcək.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Xarici İşlər
Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

“Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin,
BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində
Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib.
Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da
gücləndirəcək”, – deyə məlumatda qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir