Ərdoğan Qətərdə Misir prezidenti ilə görüşüb

Bakı. Trend:

Qətərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir
Prezidenti Əbdülfəttah əs-Sisi arasında görüş baş tutub. Ayaqüstü
salamlaşan dövlət başçıları əl tutub söhbət ediblər.

Trend “Anadolu”ya istinadla xəbər verir ki, görüş noyabrın 20-də
Qətərin Əl-Xor şəhərindəki “Əl Bayt” stadionunda futbol üzrə XXII
dünya çempionatının açılışında baş tutub.

Agentlik Türkiyə Prezidentinin digər dövlət və hökumət
başçıları, eləcə də Misir rəhbəri ilə səmimi görüşlərinə dair
fotolar yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir