Ağdam rayonunda zəncirvari yol qəzası baş verib (FOTO)

Ağdam. Trend:

Ağdam rayonunda zəncirvari yol qəzası baş verib.

Trend-in yerli bürosunun xəbərinə görə hadisə Quzanlı qəsəbəsi,
Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, eyni istiqamətdə
hərəkət edən Kamaz markalı yük maşını Mersedes markalı minik
maşınına, Mersedes isə BMV markalı maşına çırpılıb. Hər iki minik
maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət
alıb.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir