Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında
telefon danışığı olub.

Bu barədə Trend İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinə
istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın
gücləndirilməsini müzakirə ediblər.

İsrailli nazir rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına
görə general-polkovnik Z.Həsənov təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir