Azərbaycanda son sutkada 31 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
31 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 954 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 813 750 nəfər müalicə olunaraq
sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 232 nəfərdir.

Ölkədə son sutka ərzində 1 620, hazırkı dövrədək isə 7 356 956
test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir