Bakıda Su polosu üzrə turnir sona çatdı (FOTO)

Bakı. Trend:

17 Noyabr Milli Qurtuluş gününə həsr olunmuş Su Polosu üzrə
turnirə yekun vurulub.

Trend xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük
Federasiyasının mətbuat xidməti yayıb. Yarışlarda 3 yaş qrupunda
komandalar mübarizə aparırıdı. Turnirdə Bakı Su İdman Sarayının,
Mərkəzi İdman Klubunun, Su polosu üzrə Milli komandanın idmançıları
öz güclərini sınayıblar. Su polosu üzrə Milli komandanın baş
məşqçisi Azər Babayevin sözlərinə görə bu kimi turnirlərin təşkili
bu idman növünə gənclərin marağının artıtılması ilə yanaşı, həm də
su polosu ilə məşğul olan komandalar arasında ən güclü idmanşıların
seçilərək milli komandaya cəlb olunmasına xidmət edir:
“Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Belə turnirlər biz
məşqçilərə imkan yaradır ki, digər komandaların tərkibində olan
idmançıların oyunlarını yaxından izləyək, milli komandanın
formalaşmasında onların da gücündən istifadə edək.

Fürsətdən istifadə edib Bakı Gənclər və İdman İdarəsinin,
Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı Su İdman Sarayının
rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Belə yarışların
mütəmadi təşkili ölkəmizdə su polosu idman növünün daha da inkişaf
etməsinə və təbliğinə böyük dəstəkdir” deyə A. Babayev əlavə
edib.

Turnirin sonunda qaliblər diplomlarla təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir