İstanbulda terror aktından sonra üç Moldova vətəndaşı saxlanılıb

Bakı. Trend:

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi
İstanbulda törədilən terror aktından sonra Moldova vətəndaşının
Bolqarıstanda saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidməti bildirib.

“Saxlanılan 3 nəfərin ölkəmizin vətəndaşı olduğu təsdiqlənib”, –
deyə qeyd olunub. Xarici İşlər Nazirliyi bu terror aktını pisləyib
və Moldova hakimiyyətinin birgə araşdırma üçün açıq olduğunu
deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir