Kərim Benzema zədə səbəbindən dünya çempionatını buraxacaq

Bakı. Trend:

İspaniyanın “Real Madrid” futbol klubunun və Fransa yığmasının
hücumçusu Kərim Benzema zədə səbəbindən dünya çempionatında iştirak
etməyəcək.

Trend-in məlumatına görə, bu barədə Fransa Futbol
Federasiyasının mətbuat xidməti bildirib.

K.Benzema əzələləri zədələndiyi üçün şənbə günü komandanın
məşqini tərk etmək məcburiyyətində qalıb.

“Karyerasında bu dünya çempionatı əsas məqsəd olan Kərimə görə
heyifslənirəm. Fransa yığması üçün bu itkisinə baxmayaraq,
komandama arxainam. Bu böyük sınaqdan keçmək üçün əlimizdən gələni
edəcəyik”, – deyə Fransanın baş məşqçisi Didye Deşam bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir