Karate1 Seriya A turniri: Karateçilərimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaqlar

Bakı. Trend:

Karateçilərimizin İndoneziyanın paytaxtı Cakartada Karate1
Seriya A turnirində çıxışı davam edir.

Trend-in
məlumatına görə, təmsilçilərimizdən Ayxan Mamayev (84 kq), Mədinə
Sadiqova (55 kq) və Renata Ərəbli (61 kq) bürünc medalı uğrunda
həlledici görüşə çıxacaqlar.

Üçüncü yer uğrunda M.Sadiqova Yaponiya, R.Ərəbli Taypey,
A.Mamayev isə İran idmançısı ilə qarşılaşacaq.

Turnir noyabrın 20-də başa çatacaq.

Mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi
qüvvəsini sınayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir