Kasım-Jomart Tokayev Qazaxıstanda keçirilən prezident seçkilərində səs verib

Bakı. Trend:

Qazaxıstan prezidentliyinə namizəd Kasım-Jomart Tokayev Astanada
Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs
verib.

Trend-in
məlumatına görə, Qasım-Jomart Tokayev növbədənkənar prezident
seçkilərində səs vermək üçün yerli vaxtla saat 08:48-də 58 saylı
seçki məntəqəsinə gəlib.

Seçki məntəqəsinin sədri Kımbat Mukanovan bildirib ki, burada
2627 nəfər qeydiyyatdan keçib. Artıq 200-dən çox seçici səs
verib.

Qasım-Jomart Tokayevin namizədliyi bir sıra siyasi partiyalar və
respublika ictimai birlikləri tərəfindən xalq koalisiyası kimi
irəli sürülüb.

Mərkəzi Seçki Komissiyası oktyabrın 12-də Kasım-Jomart Tokayevi
Qazaxıstan Respublikası prezidentliyinə namizəd kimi qeydiyyata
alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir