Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Kambocaya səfərə gəlib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament
nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfərə
gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə bildirilib ki, Pnompen beynəlxalq hava limanında nümayəndə
heyətimizi ölkəmizin Kamboca Krallığındakı səfiri Şövqi Mehdizadə,
Kamboca Milli Assambleyasının deputatları Ker Çanmoni, Man Navi,
Mak Vanstiha, Ti Soxun və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyətimiz burada keçiriləcək
Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası (AİPA)
Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.

Milli Məclisin sədrinin Kamboca Krallığının rəsmiləri və
tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir
sıra görüşləri nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir