PKK/KCK/YPG terrorçularına qarşı hava əməliyyatı keçirilib – Türkiyə Müdafiə Nazirliyi

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında
terrorçuların bazalarına qarşı hava əməliyyatının ilk görüntülərini
paylaşıb.

Trend-in
məlumatına görə, bu barədə nazirlik öz “Twitter” səhifəsində
yazıb.

“Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir”, – deyə
qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hava əməliyyatı
PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi
istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata
keçirilir.

Qeyd olunub ki, “Pence-Kilit” hava əməliyyatı BMT Nizamnaməsinin
51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq
terrorizmi mənbəyində məhv etmək məqsədi ilə həyata keçirilir.

Paylaşımda hədəfləri vurma anlarının kadrları da əlavə
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir