Prezident İlham Əliyevin qətiyyətli siyasəti İranı geri addım atmağa məcbur etdi (TƏHLİL)

Bakı. Trend:

İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər
Vilayətinin Azərbaycanla bağlı son açıqlaması İranın növbəti dəfə
geri addım atdığını və Azərbaycana güc, təzyiq göstərmək yolu ilə
nəyəsə nail ola bilməyəcəyini anladığını göstərir.

Əli Əkbərdən stat: “Əgər bir gün Azərbaycan Respublikası xarici
ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan
Respublikasının yanında olacaq. son həftələrdə bəziləri
məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan
Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu,
İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda,
istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına
hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən,
adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası
xalqı gözümüzün işığıdır”.

Xüsusi vurğulamaq lazımdır ki, Əli Əkbər Vilayət İranda nüfuzlu
şəxslərdən biridir. İranın xarici siyasətini müəyyənləşdirən və
həyata keçirən əsas fiqurdur. Faktiki olaraq ölkənin xarici işlər
naziri vəzifəsini Əli Əkbər Vilayəti yerinə yetirir.

Bəs İranın “gözünün işığı” olan Azərbaycanla
münasibətlər niyə gərinləşdi?

İki ölkə arasında gərginliyin yaranmasının səbəbkarı məhz İran
özü oldu. “Ermənistanın ərazibütövlüyünün pozulması bizim qırmızı
xəttimizdir” kimi Ermənistanı dəsyəkləyən açıqlamalar
Azərbaycan-İran münasibətlərini gərginləşdirdi. Daha sonra
Ermənistana yüksək səviyyəli səfərlər, Ermənistanla dost-qardaş
mesajları, Qafanda divarlarının suvağı qurumadan tələsik konsulluq
açılması, Azərbaycan sərhəddində hücuma hazırlaşırmış kimi hərbi
təlimlər keçirilməsi iki ölkə arasında gərginliyi son həddə
çatdırdı.

İran tərəfi əgər əvvəlki dövrlərdə Ermənistana dəstəyini
nisbətən gizli, dilə gətirmədən edirdisə, artıq açıq şəkildə bu
yardımı etməyə başladı və digər tərəfdən də Azərbaycanın ünvanın
sərt, ittihamlar, təzyiq dolu açıqlamalar verməyə başladı. İran
parlamentinin millət vəkilləri, hərbi və mülki rəsmi şəxslərinin
Azərbaycan haqqında ziddiyyətli açıqlamaları da bu sırada xüsusi
qeyd edilməlidir.

İran tarixən bu tipli siyasət yürüdüm, sərt bəyanatlar, hədələr
və s. Bu dəfə isə bunu Azərbaycana qarşı tətbiq etmək istədilər.
Bir il əvvəl də eyni ssenari üzrə proseslər cərəyan edirdi, lakin
Azərbaycanla güc və təzyiqlə danışmağın əbəs olduğunu dərk edən
rəsmi Tehran geriyə addım atmışdı. Bu dəfə İran daha israrla bu
siyasəti yürütməyə səy göstərdi.

Əvəzində isə Azərbayan Prezidentinin qətiyyətli, sərt
mövqeyini gördü.

Prezident İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının
Zirvə Toplantısında acı taleyin hökmu ilə bizdən ayrı düşən Cənubi
Azərbaycandan olan qardaş və bacılarımıza xitab edərək onların
milli kimlik və ana dilində təhsil almaq hüquqlarını qaldırdı. Qısa
müddətdə Cənubi Azərbaycanın əsas şəhərlərində küçələrdə Prezident
İlham Əliyevin şəkilləri vuruldu.

İranın keçirdiyi hərbi təlimlərə cavab olaraq Azərbaycan
tərəfindən xüsusi təyinatlıların iştirakı ilə daha yüksək səviyyədə
və peşəkarlıqla hazırlanmış hərbi təlimlər keçirildi.

İranın Azərbaycanda qurmağa çalışdığı casus şəbəkələri ifşa
olundu.

Ermənistana həm ikinci Qarabağ müharibəsi vaxtı və ondan sonra
göstərdiyi dəstək, ermənipərəst siyasətlə İran Azərbaycan cəmiyyəti
qarşısında özünü ifşa etmiş oldu. İranın Azərbaycandakı nüfuzu
sıfıa endi, Azərbaycan xalqı İran siyasətinin əsl üzünü gördü,
müsəlman qardaşlığının İran üçün yalnız dildə olduğu ortaya
çıxdı.

İranın münasibətləri bu gərginləşdirmə siyasətindən sonra Əli
Əkbər Vilayətinin timaslında Azərbaycanla münasibətləri
normallaşdırma təşəbbüsü açıq mesajdır. Yəni İran indiki vəziyyətdə
geri addım ataraq Azərbaycanla münasibətlərin normallaşdırılmasının
və gərginliyin aradan qaldırılmasının tərəfdarı olduğunu açıq dilə
gətirir.

Prezident İlham Əliyev Azərbaycanın hər zaman milli maraqların
qorunmasında qətiyyətli olduğunu bildirib və indi daha da əmin
şəkildə bu qətiyyətli siyasət davam etdirilir. Azərbaycan hər zaman
qonşuları ilə mehriban, dost münasibətlər qurmağa çalışıb.
Azərbaycan heç vaxt bu kimi avantüralarda maraqlı tərəf
olmayıb.

İran tərəfi münasibətlərin normallaşdırılması ilə bağlı
mövqeyini həm açıqlamarında, həm də əməllərində davam etdirəcəyi
təqdirdə Azərbaycan hakimiyyətinin də məsələni uzatmayacağı və
gərginliyin aradan qaldırılacağı gözləniləndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir