Qətər – Ekvador matçı futbol üzrə dünya çempionatının açılışını edəcək

Bakı. Trend:

Noyabrın 20-də Qətərdə futbol üzrə dünya çempionatı
başlayır.

Trend-in
məlumatına görə, Qətər və Ekvador milli komandaları arasında A
qrupunda keçiriləcək turnirin ilk oyunu Əl-Xaur şəhərində, 60 min
tamaşaçı tutumuna malik “Əl-Beyt” stadionunda keçiriləcək. Oyun
saat 20:00-da (GMT+4) başlayacaq.

İlkin olaraq dünya çempionatı noyabrın 21-də A qrupunda da yer
alan Niderland və Seneqal matçı ilə başlamalı idi. Lakin avqustun
11-də Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Bürosu açılış
matçını noyabrın 21-dən noyabrın 20-nə təxirə salıb.

FİFA-nın dərc etdiyi açıqlamada bildirilib ki, bu qərar dünya
çempionatının açılış mərasimi və turnirin ev sahiblərinin iştirakı
ilə keçirilən ilk matçla başlanması ənənəsinin davamlılığı ilə
əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir