Qazaxıstanda prezident seçkiləri başlayıb

Bakı. Trend:

Qazaxıstanın 15 regionunda prezident seçkiləri başlayıb.

Trend-in
məlumatına görə, ölkənin seçki məntəqələrinin əsas hissəsində
səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçiriləcək. Eyni
zamanda, yerli vaxtla saat 06:00-da 86 seçki məntəqəsi səsverməyə
başlayacaq.

Qazaxıstanda seçki kampaniyası oktyabrın 21-də başlayıb və
noyabrın 19-u saat 00:00-a qədər davam edib.

Bu gün ölkə üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində
səsvermə keçiriləcək. 2022-ci il iyulun 1-nə olan məlumata görə,
seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil
edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə
namizəd kimi qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir