Qazaxıstanda prezident seçkilərində seçici fəallığı 51,16 % təşkil edib

Bakı. Trend:

Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident
seçkilərində aralıq səsvermənin statistikasını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Komissiya sədri Şavkat
Utemisov deyib.

“Vilayət, respublika əhəmiyyətli şəhər, paytaxt komissiyalarının
20 noyabr 2022-ci il saat 14.05 üçün təqdim etdiyi məlumata görə,
siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 51,16 % seçki
bülletenlərini alıb”.

Qeyd edək ki, bu gün Qazaxıstan üzrə 10 101, xaricdə isə 68
seçki məntəqəsində səsvermə keçirilir. 2022-ci il iyulun 1-nə olan
məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı
daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə
namizəd kimi qeydiyyatdan keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir