Türkiyənin “Pəncə-Qılınc” xüsusi antiterror əməliyyatı nəticəsində 89 hədəf məhv edilib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında
terrorçulara qarşı keçirdiyi “Pəncə-Qılınc” xüsusi antiterror
əməliyyatı uğurla davam edir.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
məlumat verib.

Qeyd olunub ki, birinci mərhələdə bu gün səhər saatlarında
terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər,
silah-sursat anbarları və təlim düşərgələrindən ibarət ümumilikdə
89 hədəf ilk mərhələdə məhv edilib, çoxlu terrorçu
zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir