Ağdaş rayonunda xurma bağlarında fitosanitar monitorinqlər aparılıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin
yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili
məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

AQTA-dan Trend-ə bildirilib ki, Bərdə regional bölməsinin
fitosanitar müfəttişləri tərəfindən mövsümə uyğun olaraq Ağdaş
rayonunun Dəhnəlxəlil, Kotanarx, Yuxarıağca, Yazıhüşün və Ərəb
kəndlərində təxminən 82 hektar ərazini əhatə edən xurma bağlarında
fitosanitar monitorinqlər aparılıb.

Monitorinqlər zamanı karantin tətbiq edilən zərərli
orqanizmlərdən müxtəlif çanaqlı yastıca növləri ilə sirayətlənmiş
meyvələrə rast gəlinib. Üzərində zərərverici olan meyvələrdən
nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına
göndərilib. Bununla yanaşı, meyvə bağlarında Aralıq dənizi meyvə
milçəyinin (Ceratitis capitata) mövcudluğunu müəyyənləşdirmək
məqsədilə əvvəlki monitorinqlərdə asılmış feromon tələlərə baxış
keçirilib, xurma bağlarında və ona yaxın ərazilərdə qeyd olunan
zərərvericinin mövcud olmadığı müəyyən olunub.

Monitorinqlər zamanı təsərrüfat sahiblərinə xurma bitkisinin
əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları və
pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi
ilə bağlı məlumatlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir