Azərbaycan “ağıllı” şəhər və kəndlərin yaradılmasında dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir

Bakı. Trend:

Azərbaycan “ağıllı” şəhər və kəndlərin yaradılmasında dünyanın
aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Trend-in
məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev noyabrın 21-də “Şəhərlərin və kənd yerlərinin inkişafına
innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq
konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “ağıllı” şəhər və kənd konsepsiyası su və
digər ethiyatların səmərəli istifadə olunmasına xidmət edir.

“Azərbaycanda 2020-ci ildən bu istiqamətdə işlər aparılır və
ölkəmiz aparıcı şirkətlərlə əməkdaşlıq edir. “Onlayn Azərbaycan”
konsepsiyası çərçivəsində dövlət sistemlərinin inteqrasiyası,
“bulud” texonologiyalarına keçid üzrə işlər aparılır”, – nazir
deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir