Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə iştirak edib

Bakı. Trend:

Azərbaycanın Üzgüçülük üzrə Milli Komandasının üzvləri Ramil
Vəlizadə və Məryəm Şeyxəlizadəxangah Macarıstanın Kapoşvar
şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

Trend xəbər
verir ki, bu barədə bazar ertəsi Azərbaycan Üzgüçülük
Federasiyasının mətbuat xidməti milli komandanın baş məşqçisi Rəşad
Əbdürrəhmanova istinədən məlumat verir.

Bildirildiyinə görə noyabrın 17- 19 tarixlərində təşkil olunan
üzgüçülük üzrə Macarıctan Açıq Çempionatında bu ölkənin ən titullu
idmançıları mübarizə aparıblar.

“Macarıstanda təşkil olunan bu turnirin qalibləri Avstraliyanın
Melburn şəhərində keçiriləcək Dünya çempionatına qatılacaqlar.
Bizim idmançılar üçün isə bu bir vacib yoxlama yarışı idi. Bu
turnirdə dəfələrlə dünya, avropa çempionatlarının qalibləri
mübarizə aparırdılar. Bizim üzgüçülər bu yarışlarda öz nəticələrini
yaxşılaşdıraraq öz rekordlarını yenilədilər. Ramil Vəlizadə 100-200
metr batterflay və 200-400 sərbəst üsulda finallarda mübarizə
aparmışdı, Məryəm Şeyxəlizadəxangah isə 50-100 sərbəst, 50-100
batterflay üsulunda B-A finallarında öz güclərini sınayıblar” –
deyə baş məşqçi əlavə edib.

R. Əbdürrəhmanov bildirib ki, Ramil Vəlizadə finalda 4-cü yeri
tutaraq yaxşı nəticə göstərib.

“Ramillə bir yerdə mübarizəyə qatılan finalistlər dünya və
avropa birinciləri idi. Onların əksəriyyəriyyəti böyüklər arasında
çempionlardı. Vəlizadə isə hələ gəncdir və onun belə bir turnirdə
4-cü yeri tutması hesab edirəm ki, yüksək nəticə hesaqb etmək olar”
– deyə Əbdürrəhmanov əlavə edib.

Məlumat üçün bildirək ki, Azərbaycan üzgüçüləri bu turnirə milli
komandanın məşqçisi Daniel Dudaşın rəhbərliyi altında
qatılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir