Bakıda “NATO günləri” başlayıb

Bakı. Trend:

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi
Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO
günləri”nə start verilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun
Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini
kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə
heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif
mövzularda brifinqlər təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir