BTC ilə Türkiyəyə neft nəqli artıb

Bakı. Trend:

2022-ci ilin oktyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri
ilə Türkiyəyə 20,749 milyon barel xam neft nəql edilib ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.

Trend bu barədə
bu gün Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Yanvar-oktyabr aylarında BTC neft kəməri ilə Türkiyəyə 185,128
milyon barel xam neft nəql edilib. Bu, 2021-ci ilin eyni dövrü ilə
müqayisədə 12,2 faiz çoxdur.

Qeyd edək ki, 2021-ci il ərzində BTC neft kəməri ilə Türkiyəyə
200,149 barel xam neft nəql edilib. 2020-ci ildə bu göstərici
208,064 milyon barelə bərabər idi.

Ötən ilin yanvar-dekabr ayları arasında Türkiyəyə BTC ilə ən
yüksək neft nəqli yanvar ayında (18,967 milyon barel), ən az nəql
fevral ayında (14,537 milyon barel) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir