Cari ilin 10 ayında əsas kapitala yönəldilmiş vəsait açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş
vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq
11.774,5 mln. manat olub.

Trend-in məlumatına görə, bu gün bunu iqtisadiyyat naziri
Mikayıl Cabbarov tvitter hesabında bildirib.

“Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl
sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə
11,3% artaraq 3.082,0 mln. manat təşkil edib. Qeyri neft-qaz və
tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika
müşahidə olunur”, – deyə qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir