Daha bir müəssisəyə güzəştli kredit ayrılıb

Bakı. Trend:

Sahibkarlığın İnkişafı Fondu tərəfindən V-VVV MMC-yə nəm
salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit
ayrılıb.

Trend-in məlumatına görə,
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
bildirib.

“Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və
orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir”, –
nazir yazıb.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin
əvvəlindən 1.963 sahibkara 90,2 mln. manat, o cümlədən 1.953 kiçik
və orta həcmli layihəyə 62,8 mln. manat güzəştli kredit verilib.
Güzəştli kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye
məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu
kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin
payına düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir