Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri artırılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında
Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend xəbər verir ki,
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral
tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə III −
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında
Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.3-2-ci yarımbənd əlavə
edilir:

“3.1.3-2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü
maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin
elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi
bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt
formasında qərar qəbul etmək, bununla bağlı işçinin müraciəti
əsasında əmək kitabçasında müvafiq qeydlər aparmaq;”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir