DSX-nin hərbçiləri Cəbrayılda qəzaya düşüb, ölən və yaralanan var

Bakı. Trend:

Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində Dövlət Sərhəd
Xidmətinə (DSX) xidmətə məxsus “UAZ” markalı avtomobil hərəkətdə
olarkən “Shagman” markalı yük avtomobili “UAZ”ın hərəkət zolağına
çıxıb və qəza baş verib.

DSX-nin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, qəza
nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada
həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir