Dünya Bankı 2026-cı ilədək nəzərdə tutulmuş dövlət strategiyasının reallaşdırılmasında Azərbaycanı dəstəkləyəcək – Sara Maykl

Bakı. Trend:

Dünya Bankı 2026-cı ilədək nəzərdə tutulmuş dövlət
strategiyasının reallaşdırılmasında Azərbaycanı dəstəkləyəcək.

Trend-in
məlumatına görə, bunu bazar ertəsi Dünya Bankının regional meneceri
Sara Maykl “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ
yanaşma” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

“Azərbaycan hökumətinin Qarabağda reallaşdırdığı “ağıllı”
layihələr, iqtisadi fəallığa gətirib çıxaracaq. Dünya Bankı
informasiya texnologiyalarının inkişafı, eləcə də “Böyük qayıdış”ın
sürətləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edən bu
layihələrin reallaşdırılmasını alqışlayır. Biz hesab edirik ki, bu
layihələr həm də kənd təsərrüfatının inkişafı baxımından da
vacibdir. Bu layihələr urbanizasiyanın qarşısının alınmasına xidmət
edəcək. Hesab edirik ki, “ağıllı” kəndlərin sakinləri şəhərlərə can
atmayacaq, belə ki, bu kəndlərdə səmərəli təhsil, iş yerləri və
bütün zəruri informasiya resursları olacaq”, – deyə o bildirib.

S.Maykl əlavə edib ki, Dünya Bankı bu layihələr üzrə
Azərbaycanla fəal əməkdaşlıq edir və reallaşdırılan bütün
təşəbbüsləri dəstəkləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir