Filip Rikerin etirafı bölgədə yaranmış reallıqların dəyişməyəcəyinin etirafıdır – Elçin Mirzəbəyli

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip
Rikerin ATƏT-in Minsk Qrupunun olmadığını etiraf etməklə bağlı
fikirləri Azərbaycanın Ermənistanın təcavüzünə son qoyması
nəticəsində bölgədə yaranmış reallıqların dəyişməyəcəyinin,
regional və qlobal müstəvidə cərəyan edən proseslərin proseslərin
tamamilə yeni geosiyasi konfiqurasiyalar yaratdığının və bu xüsusda
Cənubi Qafqaza və dünyaya yeni baxış bucağından nəzər salınmasının
zəruri olduğunun etirafı kimi dəyərləndirilməlidir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Minsk qrupu mexanizmi, çoxdan tükənib, ömrünü
başa vurub. “İkinci Qarabağ müharibəsi, Azərbaycanın öz ərazilərini
beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
uyğun olaraq, işğaldanazad etməsi, əslində Minsk Qrupunun və onun
həmsədrlik missiyasının iflasa uğradığının sübutudur.

Göründüyü kimi, həmsədr ölkələr, gec də olsa
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinin
ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsinə lüzum
görmürlər və birbaşa dilə gətirməsələr də, bunun mümkünsüzlüyünü
çox yaxşı başa düşürlər. Anlamayan isə. Hər zaman olduğu kimi
Ermənistandır. Əgər Ermənistan Azərbaycan torpqlarını işğal altında
saxladığı 30 ilə yaxın zaman kəsiyində, ölkəmizin iqtisadi
yüksəlişini, regional və qlobal müstəvidə güclənən mövelərini,
silahlı qüvvələrimizin artan gücünü, Azərbaycan xalqının və
dövlətinin məğlubiyyətlə heç zaman barışmayacağını anlayaraq,
işğala son qoysaydı, müharibə və təbii ki, insan ölümləri də
olmayacaqdı, Ermənistan ordusu acınacaqlı duruma düşməyəcəkdi,
sanlı qüvvəsinin, hərbi texnikasının əhəmiyyətli hissəsi məhv
edilməyəcəkdi.

Amma Ermənistan bütün dünyanın gördüklərini görmək, anlamaq
istəmədi. Erməni cəmiyyəti hakimiyyətlərini qorumaq üçün xəstə
ideyalarını, yalanlarını ictimai rəyə sırıyan müharibə canilərinin
zəhərli təbliğatına uyaraq, sülhə can atmadı və nəticəsini də əyani
şəkildə gördü”, – deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, artıq ermənilərin ağızdolusu “həmsədr”
adlandırdıqları, gəlişini bayram etdikləri ABŞ Dövlət
Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker də ATƏT-in
Minsk qrupunun tarixə qovuşduğunu təsdiqləyir və “Azərbaycanın
Minsk Qrupu ilə işləməyəcəyini” də etirafına əlavə etməklə, həm də
rəsmi İrəvana “prosesin birbaşa təmaslarla davam etdirilməsindən
başqa çıxış yolun” yoxdur mesajını verir.

“Məllum olduğu kimi, bundan öncə sabiq həmsədr ölkələrdən biri
Rusiya da xarici işlər nazirinin vasitəsi ilə Minsk Qrupunda
iştirak eməyin mümkünsüzlüyünü bildirmişdi və mahiyyət etibarilə,
ötən zaman kəsiyində ermənilər verilən bəyanatlardan, proseslərin
gedişindən və aparılan müzakirələrin formatından Minsk Qrupunun
tarixin arxivinə yola salındığı reallığını qəbul etməliydilər. Amma
yenə də, hər zaman olduğu kimi öz yalanlarına özlərini inandırmağa
çalışdılar və hesab edirəm ki, Filip Rikerin açıqlaması ermənilərə
“Minsk Qrupu nağılı”nın başa çatdığını və bütün nağılların sonunda
olduğu kimi göydən “üç alma” – “üç həmsədr” düşdüyü mesajını
verir”, – deyə E.Mirzəbəyli əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir