İran hakimiyyətinin Azərbaycanla münasibətdə tutduğu mövqe düz deyil – İranın Azərbaycandakı keçmiş səfiri

Bakı. Trend:

İran hakimiyyətinin Azərbaycanla münasibətdə tutduğu mövqe düz
deyil.

Trend-in məlumatına görə, İranın Azərbaycandakı keçmiş səfiri
Əhəd Qəzai “Sübhün carçsı” (Nəvid-e sobh) portalına müsahisəsində
deyib.

Səfir qeyd edib ki, Xankəndi azərbaycanlıların əzəli torpağıdır.
Sadəcə regionda möhkəmlənmək üçün Sovetlər bölgəyə (xüsusən
Xankəndiyə) erməniləri köçürərək, Xankəndidə zavodlar inşa edərək
demoqrafik vəziyyəti dəyişdirdilər.

“Stalinin əmri ilə “Mehri” adlanan və əhalisinin hamısı müsəlman
olan Ermənistanın cənub vilayəti Azərbaycandan alınaraq Ermənistana
verildi”, – deyə o əlavə edib.

Səfir təəssüflə qeyd edib ki, İranın Xarici İşlər nazirliyinin
arxivindəki 100 il bundan əvvəl ermənilər tərəfindən müsəlmanların
soyqırımına dair minlərlə sənədin, eləcə də Bakı və Naxçıvandakı
Baş konsulluqlarının əhəmiyyətli hadisələr ilə bağlı XİN verdiyi
hesabatların İranda nəşr olunmasına, hətta tədqiqatçıların bu
sənədləri araşdırmasəna da icazə verilmədi.

“Qarabağın və ətraf yeddi rayonun Azərbaycana məxsus olması ilə
bağlı BMT-nin dörd və Aİ-nin bir neçə qətnaməsinə və İranın rəsmi
mövqeyinə baxmayaraq, Ermənistan həmin əraziləri işğal altında
saxlamış, hətta oradakı məscidləri də dağıtmışdır”, – deyə keçmiş
səfir bildirib.

Əhəd Qəzai onu da vrğulayıb ki, İran konstitusiyasına görə
məzluma (torpağı işğal altında olana) dəstək olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir