İranda etiraz aksiyalarında etirazçılara atəş açılıb

Bakı. Trend:

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Cavanrud
rayonunda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında
təhlükəsizlik məmurları tərəfindən atəş açıldığı bildirilir.

Trend-in məlumatına görə, təhlükəsizlik məmurlarının atəş açması
nəticəsində ölən və yaralıların olduğu deyilir.

Hazırda İranın bir çox şəhərində müxtəlif məkanlarda, o cümlədən
universitetlərdə hökumət əleyhinə etiraz aksiyaları keçirilir.
Etiraz aksiyalarında azadlıq və bərabərlik şüarları verilir.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin
Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz
olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar
keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına
nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb.
Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə
ittiham edilib.

Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və
etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial
bərabərsizliyi, etnik bərabərsizliyi və sairəni əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir