İsrail İran PUA-ları ilə bağlı Rusiyaya etirazını bildirib

Bakı. Trend:

İsrail Rusiyaya Ukrayna ərazisində İran istehsalı olan pilotsuz
uçuş aparatlarının (PUA) mümkün istifadəsi ilə bağlı etirazını
bildirib.

Trend-in
“Israel National News” nəşrinə istinadən məlumatına görə, bunu bu
gün ölkəni Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Hulata
deyib.

O bildirib ki, bu məsələ Rusiyanın xarici işlər nazirinin
müavini Mixail Boqdanovla görüş zamanı müzakirə olunub.

İsrail tərəfinin məlumatlarına əsasən, İran “Shahed-136”
dronları ilıə yanaşı, Rusiyaya ballistik raketlər də təhvil verməyə
hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir