İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. Trend:

Noyabrın 21-də Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsveçin
Ankaradakı səfiri Staffan Herrströmü çağırıb.

Trend-in
məlumatına görə, bu barədə Nazirlikdəki diplomatik mənbələrdən
bildirilib.

Məlumata əsasən, Türkiyənin Stokholmdakı səfirliyinə qarşı
təxribatla bağlı səfirə etiraz ifadə edilib.

Türkiyənin bu əməli pisləməsi və hadisə ilə bağlı araşdırma
aparılması tələbi İsveç səfirinin diqqətinə çatdırılıb.

Türkiyə XİN vurğulayıb ki, Ankara bu qəbuledilməz əmələ görə
məsuliyyət daşıyanların müəyyən ediləcəyini və onlara qarşı lazımi
tədbirlərin görülməsini gözləyir.

Səfirə bildirilib ki, Türkiyə, İsveç və Finlandiya üçtərəfli
memorandumunda göstərilən öhdəliklər fonunda Türkiyə tərəfi də
İsveçdən konkret addımlar gözləyir.

Qeyd edək ki, bu gün PKK terror təşkilatının tərəfdarları
diplomatik nümayəndəliyin binasında PKK-nın təbliğatını və Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz sözləri əks
etdirən ifadələr və görüntülər proyeksiya edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir