Kanada Haitiyə humanitar yardım üçün 12,3 milyon dollar ayıracaq

Bakı. Trend:

Kanada hökuməti Haitiyə humanitar yardım üçün 16,5 milyon Kanada
dolları (12,3 milyon ABŞ dollar) ayıracaq.

Trend “CTV” telekanalına istinadən xəbər verir ki, bunu
Kanadanın Baş naziri Castin Trüdo deyib.

Onun sözlərinə görə, Kanada Haitiyə mühüm humanitar yardım
göstərməyə davam edəcək. Ayrılan vəsaitlər BMT-nin vasitəsilə
Haitiyə veriləcək.

Bundan əlavə, C.Trüdo Ottavanın korrupsiyada şübhəli bildiyi
Haitinin keçmiş prezidenti Mişel Martelliyə də sanksiya tətbiq
etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir