Kolumbiayda silahlı toqquşma baş verib, ölənlər var

Bakı. Trend:

Kolumbiyanın Putumayo departamentində iki qeyri-qanuni silahlı
qruplaşmanın üzvləri arasında atışma baş verib.

Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin
Ombudsmeninin Aparatının açıqlamasında bildirilib.

Məlumata əsasən, silahlı toqquşmalar zamanı azı 18 nəfər həlak
olub.

Qeyd edilir ki, silahlı toqquşmada “Komandos de la frontera”
bandası və ləğv edilmiş “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri”
üsyançı təşkilatının keçmiş üzvləri tərəfindən yaradılmış “Karolina
Ramirez Cəbhəsi” cinayətkar qruplaşması iştirak edib.

Silahlılar Ekvadorla sərhəd zonada narkotik ticarətinə nəzarət
etmək üçün mübarizə aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir