MDU-da seminar: Gender problemlərinin psixoloji aspektləri (FOTO)

Bakı. Trend:

2022-ci ilin 16 noyabr tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM)
təşkilatçılığı ilə “Gender problemlərinin psixoloji aspektləri”
mövzusunda seminar keçirilib.

MDU-dan Trend-ə
verilən məlumata görə, Universitetin akademik heyət üzvləri, tələbə
və magistrantlarının iştirakı ilə keçirilən seminarda MDU-nun
Psixlogiya və pedaqogika kafedrasının müəllimi Nərgiz Niftəliyeva
təqdimatla çıxış edib. Təqdimatda gender problemlərinə psixoloji
yanaşmadan bəhs edilib, gender psixologiyasında emosional sfera ilə
bağlı ətraflı məlumat verilib və təqdim olunan suallar
cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir