MDU-da seminar: “Yaşıl enerji” (FOTO)

Bakı. Trend:

2022-ci ilin 15 noyabr tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM)
təşkilatçılığı ilə “Yaşıl enerji” mövzusunda seminar keçirilib.
Seminarda Mingəçevir Bələdiyyəsinin nümayəndələri, MDU-nun bir qrup
əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər.

KİM-in mütəxəssisi İlhamə Məmmədova qlobal Dayanıqlı İnkişaf
Məqsədlərində və Milli Prioritetlərdə “yaşıl enerji”
konsepsiyasının diqqət mərkəzində saxlanıldığını qeyd edib,
gənclərin bu istiqamətdə fəaliyyətlərə marağının artırılması və
təşviq edilməsi baxımından seminarın önəmini vurğulayıb.

Sonra, Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova
təqdimatla çıxış edərək hazırda dünyada tükənən ənənəvi enerji
mənbələri, günü-gündən artan enerji tələbatı və mövcud ekoloji
vəziyyət fonunda “yaşıl enerji”nin əhəmiyyətindən bəhs edib.
Təqdimat zamanı ölkədə bərpaolunan enerji potensialı, “yaşıl
enerji”yə keçidlə bağlı atılan addımlar və perspektiv fəaliyyətlər
barədə ətraflı məlumat verilib və tələbələrin sualları
cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir