Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara da dövlət maliyyə yardımı ayıracaq

Bakı. Trend:

Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara da dövlət
maliyyə yardımı ayıracaq.

Trend-in məlumatına görə, bu barədə “Siyasi partiyalar haqqında”
qanun layihəsinin yenilənmiş variantında qeyd edilir.

Qanun layihəsinin siyasi partiyaya dövlət maliyyə yardımı ilə
bağlı maddədə qeyd edilir ki, vəsaitin 2,5 faizi irəli sürdüyü
namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş
seçkilərdə etibarlı səslər qazanmış, lakin Azərbaycan
Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar
arasında bərabər bölünür;

Bu Qanunun 25.2.4-cü və 25.2.5-ci maddələrinə uyğun olaraq
siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı
həddi həmin partiyanın bu Qanunun 27-ci maddəsinə əsasən təqdim
etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının
(dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə
alınmadan) iki mislindən çox ola bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir