MÜSİAD Azərbaycan Şimali Kipr Türk Respublikasına işgüzar səfər planlaşdırır (FOTO)

Bakı. Trend:

Şimali Kipr Türk Respublikası Bakı Təmsilçisi Ufuk Arca Turganer
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı
ziyarət edib.

Trend-in məlumatına görə, görüşdə MÜSİAD Azərbaycan idarə heyəti
sədri Rəşad Cabirli, idarə heyətinin üzvləri Hüseyin Yapar ve Alim
Şentürk iştirak edibler.

Bildirilib ki, MÜSİAD Azərbaycan üzvləri iş adamları ilə
birlikdə Şimali Kipr Türk Respublikasına işgüzar səfər
gərçəkləşdirəcək. Səfər çərçivəsində, həmçinin, MÜSİAD-ın Şimali
Kipr Türk Respublikasındakı şöbəsi və dövlət qurumları ziyarət
ediləcək.

Görüş zamanı MÜSİAD Azərbaycan və KKTC Bakı təmsilçisinin
təşkilatçılığı ilə kiprli iş adamları və Azərbaycanda fəaliyyət
göstərən iş adamlarının bir araya gətirilməsi, ortaq ticarət
fəaliyyətinin arıtırılması istiqamətində müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir