“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı (R) (FOTO)

Bakı. Trend:

“Nar”ın eşitmə məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə
təşkil etdiyi “Təlim Məktəbi” sosial layihəsinin cari il üçün
birinci mərhələsi başa çatıb. 3 ay davam edən təlimlərdə manikür
ustası sənəti üzrə peşə biliklərinə yiyələnmiş 10 iştirakçıya
sertifikatlar təqdim edilib. Təlim müddətində iştirakçılara manikür
peşəsinə aid bütün biliklər və dırnaq üzərində dizayn işləri
öyrədilib.

Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin
cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün
onları peşə təlimləri ilə təmin etməkdir. Təlimlərin istiqaməti
daha çox əmək bazarında təlabat olan sahələr üzrə
müəyyənləşdirilir.

“Təlim məktəbi” layihəsinin tərəfdaşı olan “Karlarа Dəstək”
İctimai Birliyinin sədri Kamran Abasov layihənin önəmindən
danışaraq vurğulayıb: “Bu layihədə tərəfdaş kimi çıxış etmək
qürurvericidir, çünki “Təlim Məktəbi” layihəsi eşitmə məhdudiyyətli
gənclərin həyatında köklü dəyişikliyə səbəb olur. Təlimdən keçmiş
bütün iştirakçılara uğurlar arzu edirəm”. “Nar”ın İctimaiyyətlə
Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov isə sözügedən
layihənin gənclərin həyatında yeni bir mərhələnin başlanğıcı
olduğunu vurğulayıb. “Bu təlimdə əldə etdikləri biliklər
iştirakçılara manikür peşəsi üzrə sərbəst işləməyə, hətta öz
bizneslərini qurmağa da imkan yaradır. Əsas məqsədimiz bu kəsimdən
olan gənclərin monetar sərbəstlik qazanmasına dəstək olmaqdır” –
deyə o bildirib.

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu
beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019
müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib
olub. “Nar”ın cəmiyyətin sosial rifahının yaxşılaşdırılması
istiqamətində həyata keçirdiyi digər layihələrlə nar.az/projects səhifəsindən
tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək
keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq
sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir