Oktyabr ayında Qazaxıstan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı azalıb

Bakı. Trend:

2022-ci ilin oktyabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə
200 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin oktyabr ayı ilə
müqayisədə 9 obyekt azdır.

Trend xəbər verir ki, TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və
Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat
verir.

Məlumata görə,2022-ci ilin yanvar-oktyabr aylarında Qazaxıstan
vətəndaşları Türkiyədə 2 min 245 daşınmaz əmlak satın alıblar ki,
bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 155 obyekt azdır.

2022-ci ilin oktyabr ayında Türkiyədə 102 min 660 əmlak satılıb
ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz azdır.
Oktyabr ayında Türkiyədə əcnəbilərə 5 min 377 əmlak satılıb ki, bu
da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir