Prezident İlham Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının Baş katibini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş
katibi Cho Byunq-jaeni qəbul edib.

Trend-in məlumatına görə,
qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi
münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Partiyanın əldə
etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər
münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını
bildirdi.

Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək “Sülh və
təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda xüsusi
konfransının əhəmiyyəti vurğulandı.

Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq
Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd
edildi, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə
əminlik ifadə olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir