Prezident İlham Əliyev: Fransa Ermənistana himayədarlıq edir, onlar bir-birinə bacı deyirlər

Bakı. Trend:

Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın
bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı
çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat
planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da
Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər
və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd
etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma
nədənsə bacı deyirlər bunlar.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev noyabrın 21-də
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP)
yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı
zamanı deyib.

Dövlət başçısı bildirib:

“Orada hazırlanmış qətnamənin ilkin variantı sırf
anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd
idi. Frankofoniya təşkilatında olan dostlarımızın, – onları biz
yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, –
səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı.
Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir.
Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı
nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir
edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq.
Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Biz xarici
siyasət konsepsiyamızda əməkdaşlıq, dostluq prinsiplərini üstün
tuturuq və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk,
necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə
yardımı göstərmişik. Yəni, bu, böyük məsələdir. Əlbəttə ki,
beynəlxalq arenada özümüzü ləyaqətlə aparmağımız bizə əlavə hörmət
qazandırdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir