Prezident İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
21-də Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin
sədri Aktam Xaitovu qəbul edib.

Trend xəbər verir ki, Aktam Xaitov Yeni Azərbaycan Partiyasının
yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi öz
adından və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adından təbrik
etdi, Özbəkistanın dövlət başçısının xoş arzularını Prezident İlham
Əliyevə çatdırdı. Aktam Xaitov Prezident Şavkat Mirziyoyevin
Azərbaycan ilə qarşılıqlı əlaqələri yüksək qiymətləndirdiyini
vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi,
onun da xoş arzularını Özbəkistan Prezidentinə çatdırmağı xahiş
etdi.

Bu il ərzində Özbəkistana üç dəfə səfər etdiyini deyən Prezident
İlham Əliyev Prezident Şavkat Mirziyoyevlə görüşlərini məmnunluqla
xatırladı.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Özbəkistanın Liberal
Demokratik Partiyası arasında əməkdaşlığın səmərəliliyinin və
qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir