Prezident İlham Əliyev Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvünü qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 21-də
Rusiya Federasiyasının “Yedinaya Rossiya” Partiyasının Ali Şurası
Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər
komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib.

Trend-in məlumatına görə,
qonaq Azərbaycanın son illər əldə etdiyi mühüm nailiyyətlər,
uğurlar və Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik
yubileyi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını
bildirdi.

Söhbət zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin
bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya”
Partiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd
olundu və perspektivlərlə bağlı fikir mübadiləsi aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir