Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olunu

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Osman
Xaliyev Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun
İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə Trend-ə Fonddan bildirilib.

Qeyd edək ki, Osman Xaliyev 2020-ci ilin noyabrında
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri,
2021-ci ilin iyun ayının 1-dən isə İdarə Heyəti sədrinin müavini
təyin olunub. Eyni zamanda, 2021-ci ilin avqust ayının 13-dən İdarə
Heyətinin sədrinin vəzifələrini icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir